Şücaətli Azərbaycan ordusunun uğurları” adlı layihə davam etdirilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şücaətli Azərbaycan ordusunun uğurları” adlı layihəsini uğurla davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, layihə əsasında videoçarxlarda Azərbaycan ordusunun silsilə qalibiyyətləri nəticəsində işğaldan azad etdikləri torpaqlar haqqında informasiyalar virtual olaraq oxuculara çatdırılıb.

Videoçarxda Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı, işğaldan azad edilmiş digər kəndləri haqqında da ümumi məlumatı əks olunub.

Videoçarx Çinarə Məlikzadənin “Azərbaycan” mahnısının müşayiəti altında təqdim edilib.

Qeyd edilən videoçarx “YouTube” kanalında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...