“Xalq şairi Bəxtiyar Vahabzadə” adlı elektron məlumat bazası təqdim edilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyinin tamam olması münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Xalq şairi Bəxtiyar Vahabzadə” adlı elektron məlumat bazası virtual rejimdə təqdim olunub.

Kitabxanadan SİA-ya bildirilib ki, məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığı, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslər şair haqqında, əsərləri, sözləri Bəxtiyar Vahabzadənindir, haqqında, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə http://anl.az/el/emb/b.vahabzade/index.html linki vasitəsilə tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...