Aktrisa və pianoçu Tamilla Rüstəmova vəfat edib. SİA-nın məlumaına görə, o, uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub.
Nəzərinizə çatdıraq ki, Tamilla Rüstəmova Azərbaycan kino sənətində "Ulduz” filmində "Ulduz" və "Böyük dayaq” filmində "Maya" bacı rolları ilə yaddaşlarda qalıb.
Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub. O, 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə