Azərbaycan Dövlət Musiqili Komediya Teatrında beynəlxalq layihə kimi səhnələşdirilən "Xanuma" iki hissəli operettanın premyerası gerçəkləşəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Premyera may ayının 10-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. V.Dolidze, A.Saqarelinin "Xanuma" əsərinə gürcüstanlı rejissor Qoça Kapanadze quruluş verib. Tamaşanın quruluşçu rəssamı Gürcüstandan Lomqul Murusidze, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu baletmeysteri isə xalq artisti Təranə Muradovadır.
Səhnə əsərində rolları xalq artistləri Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova və Səmayə Musayeva, Ələkbər Əliyev, Nahidə Orucova, Nərgiz Kərimova və başqaları canlandıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB