#kitabxanaçıtövsiyyəsi rubrikasında ingilis yazıçının əsərindən bəhs olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası şəraitində ölkəmizdə keçirilən ciddi karantin rejiminin tələblərinə uyğun olaraq onlayn fəaliyyətini davam etdirir.

İdarədən SİA-ya bildirilib ki, #kitabxanaçıtövsiyyəsi rubrikasında kitabxananın əməkdaşı Zəhra Nağıyeva məktəbli oxuculara ingilis yazıçısı Herbert Uellsin “Görünməz adam” fantastik romanından bəhs edib.

Qeyd edək ki, 1897-ci ildə toplu halına salınaraq roman kimi nəşr edilən əsərdə həkim və fizik olan Qriffin soyadlı alimin görünməz olmaq üçün öz üzərində apardığı təcrübələrdən danışılır. Alim bu prosesi müvəffəqiyyətlə yerinə yetirsə də, sonda uğursuzluğa düçar olur.

Bütün xəbərlər Facebook səhifəmizdə