“Kuraj və uşaqları” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı alman dramaturqu Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşası sənət ocağının “facebook” səhifəsində onlayn nümayiş edilib. SİA-nın məlumatına görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur pyesinə Xalq artisti Rafiq Əliyev quruluş verib.

Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Xalq artisti Ramiz Fətəliyevdir.

Rəsmlərin quruluşu Ülviyyə Zərbəliyevaya, müsiqisi Əməkdar incəsənət xadimi Aydın Əzimova və mahnı mətnlərinin müəllifliyi Mahir Qarayevə məxusus tamaşa, bu dəfə də maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə