Ernest Heminqueyin yaradıcılığına həsr edilmiş TƏDBİR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası koronavirus pandemiyası ilə bağlı bir çox onlayn tədbirlər və virtual görüşlər keçirib, şair və yazıçılar ilə canlı yayımlar təşkil edib, slaydlar hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, növbəti təşkil olunan vebinarda görkəmli Amerika yazıçısı Ernest Heminqueyin “Qoca və dəniz” əsəri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də kitabxananın informasiya-resurs şöbəsi karantin dövrü ərzində oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlərdən, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsinin fəaliyyətindən söhbət açıb.

Fəal şagirdlər Sevindik Nəsiboğlu və Ələkbər İsgəndərli müzakirəyə qoşulub, söhbət əsərin məzmunu və təhlili üzərində qurulub.

Sonda pandemiyadan sonrakı dövrlərdə də kitabxanalarda işin yeni formatda təşkilinin və onlayn xidmətlərin genişləndirilməsinin aktuallığı vurğulanıb. Vebinarda ortaq elektron resursların yaradılması, kitabxanalararası elektron sənəd mübadiləsinin təşkili, ortaq layihələr hazırlanması və “onlayn kitabxana” modelinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Kitabxana uşaqlara sağlamlıq, vətənə layiqli övladlar kimi böyüməyi və heç zaman kitabı, mütaliəni unutmamağı arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə