“Dörd əkizin nağılı” tamaşası nümayiş ediləcək

Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin "Dörd əkizin nağılı" əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə iyunun 2-də nümayiş olunacaq.

SİA-nın məlumatına görə, saat 14:00-da göstəriləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Tamaşada musiqi tərtibatının müəllifliyi İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edək ki, tamaşa uşaqlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...