“Bir dəfə yüksələn bayraq, bir daha enməz” adlı vebinar təşkil olunub

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı vebinar təşkil olunub.

SİA Mərkəzə istinadən bildirir ki, 28 May - Respublika Gününə həsr olunmuş vebinarda mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, metodistlər Rəfiqə Nəsirova və İsmayıl Nəsirov çıxış ediblər.

Çıxış edənlər qeyd ediblər ki, cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Hüseynzadədən danışaraq vurğulanıb ki, o dövrdə dövlət bayrağı, himni və gerbi yaradılıb, dövlətçiliyin və milliyətçiliyin əsası qoyulub.

Vebinarın sonunda Asif Usubəliyev qeyd edib ki, hər bir xalq, dövlət öz tarixini tanımalı və düzgün qiymətləndirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...