Respublika Gənclər Kitabxanası yeni və maraqlı layihəyə start verib

Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” layihəsini sosial şəbəkə izləyicilərinə təqdim edib. Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir. Beynəlxalq və milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olub. Məhz bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” layihəsinə start verib.

SİA-nın məlumatına görə, aksiyanın məqsədi istifadəçiləri dünya xalqlarının adət və ənənələri, həyat tərzi, illərlə riayət etdikləri ailə və məişət qaydaları ilə tanış etməkdir. Aksiya çərçivəsində Afrika xalqlarının, Çin, Belorus, Braziliya, Rusiya, Hindistan və s. ölkələrin adət və ənənələri haqqında videoçarxlar hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bu videoçarxlarda bu və ya digər ölkənin bayramları, məişət, toy, dəfn, qonaq qəbuletmə və s. qayda və ritualları haqqında məlumat verilir. Videoçarxları izləyən istifadəçilər virtual olaraq, müəyyən bir ölkənin milli koloritini özündə əks etdirən musiqinin sədaları altında bu ölkənin bayramlarının, toylarının, yığıncaqlarının iştirakçısına çevrilirlər.

Qeyd edək ki, sözügedən layihə qısa müddət ərzində öz ətrafına kifayət qədər geniş izləyici auditoriyası toplayıb və böyük baxış sayı qazanıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” adlı aksiyası çərçivəsində hazırlanmış videoçarxlarla aşağıda qeyd olunmuş “Instagram” və “Facebook” səhifələri vasitəsilə izləmək olar:

https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb https://www.facebook.com/profile.php?id=10001134

Bütün xəbərlər Facebook səhifəmizdə