Mayın 18-dən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur

Mayın 18-dən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur

Azərbaycanda muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bu qərar mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə verilib.

Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə