Videokonfransda distant təhsil və onlayn konsertlər müzakirə olunub
Kürdəmir Regional Mədəniyyət İdarəsi koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi şəraitində mədəniyyət müəssisələrinin fəaliyyətinin dövrün tələblərinə uyğun şəkildə qurulmasına həsr olunmuş videokonfrans keçirib. SİA-nın məlumatına görə, tədbirdə idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərin rəhbərləri iştirak ediblər.
Videokonfransda sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə onlayn konsertlər müzakirə olunub.
Yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə, sosial dəstəyə ehtiyacı olanlara və aztəminatlı ailələrə qayğı göstərilməsinin vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB