“Şanlı zəfər tariximiz” adlı metodik vəsaiti təqdim edib

“Şanlı zəfər tariximiz” adlı metodik vəsaiti təqdim edib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan “Şanlı zəfər tariximiz” adlı metodik vəsaiti virtual rejimdə təqdim edib. Kitabxanadan SİA-ya bildirilib ki, 75 il bundan öncə qəhrəman oğullarımızın şanlı qələbəsi ilə tarixə qovuşan Böyük Vətən müharibəsində on minlərlə azərbaycanlı silaha sarılıb faşist Almaniyasına qarşı müharibədə vətənlərini qorumuşlar, böyük rəşadət göstərmişlər.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Şanlı zəfər tariximiz” http://anl.az/down/Qelebe-75.pdf adlı metodik vəsaitdə Böyük Vətən müharibəsi cəbhələrində qəhrəman vətən övladlarının göstərdiyi qəhrəmanlıqlar haqqında və bununla əlaqədar kitabxanalarda Qələbənin 75-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsinə dair metodik tövsiyələr verilib.

Əlavələr bölməsində isə tarixi qələbəmizə öz şücaətləri ilə böyük töhfələr verən və “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülən Azərbaycan xalqının cəsur övladlarının siyahısı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə