İslam Manafov Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib
Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib.
SİA xəbər verir ki, konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük” kampaniyasına dəstək məqsədilə keçirilib.
Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi fondun rəsmi “facebook” hesabından yayımlanıb.
Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB