“Evdə qal, intellektdən qalma” viktorinasının qaliblərinin adları açıqlanıb

“Evdə qal, intellektdən qalma” viktorinasının qaliblərinin adları açıqlanıb

Respublika Uşaq Kitabxanası “Evdə qal, intellektdən qalma” ailəvi onlayn viktorina müsabiqəsinin qaliblərini açıqlayıb. SİA-nın məlumatına görə, viktorinanın keçirilməsində məqsəd “birlikdə düşünək, birlikdə tapaq” devizi altında valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapması idi.

Kitabxana, müsabiqədə 50 sualdan 41-ə ən qısa müddətdə cavab verən Məmmədovlar ailəsini qalib elan edib. Respublika Uşaq Kitabxanası tərəfindən qalib ailəyə 4 kitab hədiyyə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə