Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını həyata keçirir. Kitabxanadan SİA-ya bildirilib ki, ilk dəfə aksiyaya qoşulan Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Əfəndiyeva (Solmaz Elqızı) şeirlərini oxuculara ərməğan edib. Yazar səbirlə evdə qalaraq, yazıb-yaratmaqla sağlamlığı qorumağın vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına öz əsərləri ilə qoşulan şair və yazıçıların sayı artmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB