Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylər aprelin 29-dək ziyarətçilər üçün bağlanılıb.

Nazirlikdən SİA-ya bildirilib ki, buna baxmayaraq, muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə