“Novruz gəlir, yaz gəlir” əyləncəli proqram davam edir

“Novruz gəlir, yaz gəlir” əyləncəli proqram davam edir

Azərbaycan Milli İncəsənət Muzeyində baharın gəlişi münasibətilə təşkil edilən “Novruz gəlir, yaz gəlir” adlı xüsusi əyləncəli proqram davam edir. SİA-nın məlumatına görə, proqramda muzeyin azyaşlı ziyarətçilərə Novruz adətlərindən bəhs olunur və onlar üçün müxtəlif ustad dərsləri keçirilir. Həmçinin, Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramla tədbirə xoş ovqat qatacaqlar.

Həmçinin, balacalar muzeyin “Azərbaycan İncəsənəti minilliklər boyunca” ekspozisiyasını izləmək imkanı qazanırlar.

Qeyd edək ki, proqram mart ayı boyunca davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə