İndoneziya səfiri Kürdəmirə baş çəkib FOTOLAR

İndoneziya səfiri Kürdəmirə baş çəkib FOTOLAR

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüsnan bəy Fənani Kürdəmir Regional Mədəniyyət İdarəsinin qonağı olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ilk olaraq səfir Kürdəmir Tarix - Diyarşünaslıq muzeyində rayonun tarixini özündə əks etdirən qədim muzey əşyaları və eləcə də qədim eksponat və ekspozisiyalarla tanış olub.

Kürdəmir Mədəniyyət Mərkəzinə təşrif buyuran səfir Hüsnan Bəy Fənani foyedə kitab və mərkəzin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub. Sonda cənab səfir mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə