Mədəniyyət dünyası daha bir sənətkarı itirdi

Azərbaycanın xalq artisti Ağaxan Salmanlı vəfat edib. SİA-nın məlumatına görə, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı uzun illər Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə