Beynəlxalq Muğam Mərkəzində yeni muğam layihəsinin təqdimatı olub
Yanvarın 30 -da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən-nəsillərə” adlı yeni layihənin təqdimatı olub.
SİA xəbər verir ki, Muğam Mərkəzinin yeni layihəsinin əsas məqsədi gənc ifaçılara dəstək göstərməkdir.
Layihənin ilk solo ifaçısı xanəndə Malik Həsənov eyni səhnəni Əməkdar artist Firuz Səxavət və Əməkdar mədəniyyət işçisi aşıq Ədalət Dəlidağlı ilə bölüşüb.
Gecədə ifaçıları Rövşən Qurbanovun müşayiəti ilə “Buta” ansamblı müşayiət edib.
Mədəniyyət, elm, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB