“YARAT”da yeni tamaşanın premyerası olub

“YARAT” Müasir İncəsənət Mərkəzində ingilis dramaturqu Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Otello” və “Hamlet” əsərləri əsasında hazırlanmış yeni tamaşanın premyerası olub. “YARAT”dan SİA-ya bildirilib ki, tamaşada “Moms & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış ediblər.

Səhnə əsəri rus dilində nümayiş olunub.

Rəhbəri Fidan Xanlarova və Şirin Rzayeva olan “Moms & Kids təşkilatının Uşaq Teatr Studiyası artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində studiya “Notre-Dame de Paris”, “Üç muşketyor”, “Pinokkio”, “Əlibaba və 40 quldur” tamaşaları, həmçinin “Qaynana”, “İvan Vasilyeviç peşəsini dəyişdirir” məşhur film əsasında hazırlanmış quruluşları Bakının aparıcı teatr səhnələrində təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...