Fidan Hacıyeva növbəti dəfə Karmeni canlandırıb FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin “Karmen” operası növbəti dəfə nümayiş edilib. SİA-nın məlumatına görə, səhnə əsərində Karmen partiyasını teatrın aparıcı solisti, Xalq artisti Fidan Hacıyeva ifa edib.

Vokalçıların parlaq ifaları, zəngin dekorasiya və kostyumlar teatrın baş dirijoru, Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevin idarə etdiyi orkestrin yüksək professional müşahidəsi operanı daha baxımlı edib.

Səhnə əsərində Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro), Əliəhməd İbrahimov (Remendado), solist Nina Makarova (Mersedes) çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə