“Arşın mal alan” operettası nümayiş olunacaq

Yanvarın 25-də Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq. SİA-nın məlumatına görə, on iki pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.

Qeyd edək ki, səhnə əsəri müxtəlif xarici ölkələrdə və dillərdə tamaşaya qoyularaq daim izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib.

Biletləri iTicket.az saytından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...