Aybəniz Haşımova : "Bu şəklə baxanda ürəyim parça-parça olur" FOTO

Əməkdar artist Aybəniz Haşımova mərhum həyat yoldaşı Xalid Quliyevlə fotosunu sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına bu sözləri yazıb: "1990-cı illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi. Şəkildə gördüyünüz Azərbaycanın qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Xalid Quliyevdir. 20 Yanvar şəhidlərinin yasını tuturdu.

Bu şəkil çəkiləndə məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də, həmin gün toya bu cür getdi. Onu düz deyirlər, niyyətin hara, mənzilin də ora. Hər dəfə bu şəklə baxanda adamın ürəyi parça-parça olur.

O dövrdəki oğlanlar başqa idi. İndiki gənclər məndən inciməsin. O dövrdəki oğlanlar başqalarından ötrü canlarını fəda edirdilər. Necə ki, Xalid etdi. İlk sevgisini də mənə Xalid şəhidlərin 40 günündə açmışdı. Sanki hər şeyi özü bilirdi. Ən ağrılısı da odur ki, özü indi mənə göstərdiyi Şəhidlər xiyabanında üçüncü sırada yatır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...