Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib FOTOLAR

S.Vurğun adına Mərkəzi kitabxanada tarixi günlə əlaqədar sərgi təşkil olunub, biblioqrafik xülasə verilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, həmçinin, kitabxana əməkdaşları tərəfindən Xəzər Universiteti Sumqayıt Dünya məktəbində "Xalqın hünər tarixi" adlı ədəbiyyata açıq baxış təşkil edilib. Bundan başqa, S.Vurğun adına Mərkəzi kitabxananın Oxu zalının əməkdaşları tərəfindən 25 saylı orta məktəbdə “Xalqın hünər tarixi” adlı Yaddaş dərsi keçirilib. Tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, video-çarx izlənilib, şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər səslənib.

* * *

Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən N.Tusi adına 12 nömrəli orta məktəbdə dəyirmi masa keçirilib. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımovanın, 12 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qasımovanın, Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Lalə Qasımovanın mövzu ilə əlaqədar məruzələri dinlənilib. Sonda Səbinə Qasımova “Azadlığa gedən yolun zirvəsi” adlı kitab sərgisi haqqında qısa xülasə verib.

* * *

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubda dəyirmi masa keçirilib. Tədbirdə oxucuların 20 yanvar faciəsi haqqında fikirləri dinlənilib. Sonra mövzu ilə əlaqədar tərtib olunmuş kitab sərgisi haqqında biblioqrafik xülası verilib. Tədbirdə həmçinin, kitabxananın rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

* * *

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi, “Dostluq” mədəniyyət evi, S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə tematik gecə keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə yazıçı Hafiz İmamnəzərli və Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanovanın mövzu ilə bağlı məruzələri dinlənilib, “Dostluq” mədəniyyət evinin muğam qrupunun ifasında muğam parçaları, S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının ifasında şerlər dinlənilib.

* * *

Zəngilan rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə kitabxanaçıların və oxucuların mövzu ilə əlaqədar fikirləri dinlənilib, “Qanlı 20 yanvar” adlı kitab sərgisi və “Əsarətin son gecəsi”adlı guşə haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...