Şair Dünyamalı Əliyevin yaradıcılığına həsr olunmuş tədbir FOTOLAR

Azərbaycan Yazıçılar Birliyində (AYB) Gürcüstanın Əməkdar jurnalisti, şair Dünyamalı Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AYB-nin katibi İlqar Fəhmi çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Gürcüstanın Borçalı mahalında yaşayan Dünyamalı Əliyevin şeirləri əsrin müxtəlif dövrlərinə aid mövzuları əhatə edir. Onun yaradıcılığında 80-ci illərdə satira üstünlük təşkil edibsə, 90-cı illərdə yazıqları daha çox vətənpərvərlik mövzusunu əhatə edib. İ.Fəhmi şairi yubileyi münasibətilə təbrik edib, ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.

Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədli, şairə Fəridə Ləman və Südabə İrəvanlı yubilyarın yaradıcılığından danışıblar. Bildirilib ki, Dünyamalı Əliyev yaradıcılığı ilə, sanki iki ölkə arasında körpü rolunu oynayıb. Şairin Gürcüstanın görkəmli insanlarının haqqında yazdığı məqalələrinə nəzər saldıqda onun bir növ canlı ensiklopediya olduğu açıq görünür.

Sonda Dünyamalı Əliyev çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...