“Ümummilli Lider Heydər Əliyev xatirələrdə” FOTOLAR

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə şəxsi heyətə Ulu Öndərin fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə rejissor Mehriban Ələkbərzadənin müəllifi olduğu “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş edilib.

Sonda hərbiçilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə