Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir FOTOLAR

“Qalery-1969”da “Qadınlara və qızlara qarşı şiddətə son qoyaq” adlı fotosərginin açılışı olub. SİA-nın məlumatına görə, sərgi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində təşkil olunub.

Sərginin açılışından əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək layihənin önəmini qeyd edib. Bildirib ki, ilin əvvəlindən start götürən layihə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində reallaşıb. Qeyd edilib ki, komitə layihə çərçivəsində çoxsaylı tədbir keçirib. “Qadınlara və qızlara qarşı şiddətə son qoyaq” adlı fotosərgi artıq layihənin yekun tədbiridir.

Vurğulanıb ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalır. Bu hal bütün dünya ölkələrində müşahidə olunur. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olur ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb. Qeyd edilib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalar əsas götürülərək bu istiqamətdə bir çox layihələr icra olunub.

Layihənin koordinatoru Lyudmila Xəlilova tədbirin əhəmiyyətini qeyd edib. Deyib ki, layihə çərçivəsində qarşıya qoyulan vəzifələr, fəaliyyətlər və əldə olunan yekun nəticələr yaxın vaxtlarda müvafiq qurumlara göndəriləcək. Layihənin icrasının Bakı da daxil olmaqla 10-dək regionu əhatə etdiyini söyləyən koordinator maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə