Xalq artistinin səhhəti pisləşib VİDEO

Xalq artistinin səhhəti pisləşib VİDEO

Xalq artisti Rəfael Dadaşovun səhhəti pisləşib. SİA-nın məlumatına görə, bu haqda aktyorun qızı verilişlərin birində danışıb: "Atam hazırda reanimasiyadadır. Yanına girə bildim, ancaq yatmışdı deyə, narahat etmək istəmədim. Xəstəxana müalicəsi üçün məndən pul tələb edir. Mənə zəng etdilər ki, Səidə xanım bizə yaxınlaşın, yuxarıdan təlimat gəlib. İki günün müalicəsi üçün ödəniş etməlisiniz. Verilişdən sonra gedib onu ödəyəcəyəm (ağlayır)".

Qeyd edək ki, R.Dadaşov axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə