İstiqlal Muzeyi tərəfindən Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. SİA-nın məlumatına görə, növbəti tədbir Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbdə təşkil edilən sərgi olub. Tədbirdə muzeyin əməkdaşları Aynurə Tağıyeva və Fəxriyyə Əliyeva çıxış edərək Əhməd bəy Ağaoğlunun ömür yolu, fəaliyyəti haqqında məktəblilərə məlumat veriblər.
Tədbirdə Əhməd bəy Ağaoğlu haqqında filim nümayiş etdirilib.
Sonda məktəblilər sərgi ilə tanış olublar. Şagirdlərə böyük mütəfəkkir haqqında hazırlanmış məlumat vərəqələri paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB