ABİ-nın 85 illiyinə həsr olunmuş musiqi festivalı davam edir
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda kamera-instrumental və vokal musiqidən ibarət konsert proqramı təqdim edilib. SİA-nın məlumatına görə, konsert Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil olunub.
Konsertdə Mehriban Əhmədovanın Piano üçün 2 Prelüd, Fərid Fətullayevanın “Bu gecə”, Samir Əliyevin “Skertso”, Cəlal Abbasovun “2 qəzəl”, Mürsəl Arazbəylinin “Ötəri anlar”, Nazim Quliyevin “Ah, bu məhəbbət”, Adilə Yusifovanın “Meh gətirdi”, Məmməd Cəfərovun “Vida”, “Sən məmləkətimsən”, “Həsrət” və İlahə İsrafilovanın “Nəsimi dünyası” əsərləri səsləndirilib.
Əsərləri beynəlxalq və respublika müsabiqələri laureatları ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB