Azərbaycan Dövlət Mahnı Teatrında “Sərhədçi” vokal-instrumental ansamblının çıxışı olub
Oktyabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Sərhədçi” vokal-instrumental ansamblının çıxışı olub. Ansamblın bədii rəhbəri Elnur Babayevdir.
SİA xəbər verir ki, konsert Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində təşkil olunub.
Gecədə Tofiq Quliyev, Rauf Hacıyev, Yalçın Məlikov, Aygün Səmədzadə, Gövhər Həsənzadə və digər bəstəkarların əsərləri səsləndirilib.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB