“Əcəl atı” Gənc Tamaşaçılar Teatrının səhnəsində- FOTO

“Əcəl atı” Gənc Tamaşaçılar Teatrının səhnəsində- FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-publisist Vaqif Əlixanlının milli faciəmizdən bəhs edən "Əcəl atı" adlı iki hissəli tamaşasının son məşqləri gedir. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tamaşa torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə həsr olunub. Kəskin konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulan "Əcəl atı" tamaşasının quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyevdir.

Rollarda əməkdar artistlər- Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Nübar Novruzova, Gülər Nəbiyeva, aktyorlar Sona Babayeva, Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Məsumə Babayeva, Rəzzaq Məmmədov, Məhərrəm Musayev, Xalidə Şərifova, Fidan Abbasova, Vahid Orucoğlu, Əmir Yusifzadə və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, V. Əlixanlının "Əcəl atı" adlı, yüksək vətənpərvərlik ruhunda yazılan maraqlı səhnə əsəri, xalqımızın başına gətirilən və dünyada analoqu olmayan Xocalı soyqırımı günü ərəfəsində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə