Bu gün "Hilton" hotelində Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, dövlət qurumlarının dəstəkçi olduğu layihəyə əsasən ilkin mərhələdə küçə sənətçiləri arasında seçim baş tutacaq.
Konfransda qeyd olunub ki, seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.
Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.
Tədbirdə çıxışı zamanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirdi ki, "Küçə sənətçiləri" layihəsininin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB