Leyla Əliyeva: "Faiq Ağayevi çox bəyənirəm"

Leyla Əliyeva: "Faiq Ağayevi çox bəyənirəm"

Ötən gün “Jara-2019” Beynəlxalq Musiqi Festivalı keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara 2019” musiqi festivalında jurnalistlərin suallarını cavablandırıb.

Leyla Əliyeva aparıcının “Ən sevdiyiniz mahnı hansıdır. Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi” sualına cavabında Xalq artisti Faiq Ağayevi çox bəyəndiyini deyib: “Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini dinləyirəm. Ancaq bilmirəm niyə. Bu, sadəcə qeyri-reallıqdır.

Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun ki, o, bu gün çıxış etmir. Onun “Sən gəlməz oldun” mahnısı çox xoşuma gəlir”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sözlərinə görə, F. Ağayev sosial media hesabında ona təşəkkürünü bildirib: “Qəlbi həlim, ruhu gözəl, əziz, mehriban, sevimli Leyla xanım. Elə xoş oldu ki! Çox minnətdaram!”

Bütün xəbərlər Facebook səhifəmizdə