"Hər il keçirilən və möhtəşəm musiqi bayramı olan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında musiqi zövqünün formalaşmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına böyük töhfə verir. Öləmizi hər il olduğu kimi bu ildə də tanınmış musiqiçilər təmsil edəcəklər". SİA-nın məlumatına görə, bu fikirləri Əməkdar artist Elnur Əhmədov deyib.
Bildirilib ki, Xalq artistləri Murad Adıgözəl-zadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb edəcəklər.
Qeyd edək ki, festivalda həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcəkdir. Hər il olduğu kimi, bu il də Festival çərçivəsində “Muğam axşamı” keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB