Fevralın 16-da saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində "Əlavə təsir" bədii filminə ilk baxış keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Film ölkəmizdə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyi keşiyində dayanan Azərbaycan polisinin fəaliyyətinə həsr olunub.
Bədii filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu-operatoru Nadir Mehdiyev, quruluşçu-rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadə, səs operatoru Bəkir Bəkirzadə, montajçı Elşad Rəhimov, icraçı prodüsseri isə Aydın Hacıyevdir.
Rollarda: Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Atabala Səfərov, Şamil Süleymanov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkiliblər.
Məlumat üçün bildirək ki, bədii film dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında rejissor Elxan Cəfərov tərəfində çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB