“Mən Azərbaycanı çox sevirəm. Bu ölkə dünyaya Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu kimi istedadları, digər görkəmli insanları bəxş edib.Ölkənizin paytaxtı Bakı haqqında danışmaqla qurtarmaz. Bu, MBD-nin ən gözəl və qonaqpərvər şəhərlərindən biridir”. SİA-nın məlumatına görə, bu sözləri Rusiyalı müğənni Aleksandr Serov Heydər Əliyev Mərkəzində solo konsertindən sonra jurnalistlərə müsahibəsində söyləyib.
Müğənni əlavə edib ki, mənim mahnılarımın əksəriyyəti sevgi haqqındadır:"Çünki mən təbiətən romantik adamam. Bu mahnıları ifa etməkdən böyük məmnunluq duyuram. Şadam ki, uzun illər boyu insanlar mənim yaradıcılığımı qiymətləndirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB