"Konsertin yüksək səviyyədə keçəcəyinə inanıram" - ÖZƏL

"Konsertin yüksək səviyyədə keçəcəyinə inanıram" - ÖZƏL

Bəstəkar- müğənni, Əməkdar artist Elza Seyidcahan aprelin 28-də Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə SİA-ya açıqlama verən bəstəkar bildirib ki, konsert onun 25 illik səhnə fəaliyyətinə həsr olunur.

"Yaradıcı, zərif və tam fərqli bir konsertimiz olacaq. Konsertin yüksək səviyyədə keçəcəyinə inanıram. Bütün musiqisevərləri konsertə gözləyirəm. Konsertin adı "Sənə bənzər"dir. Proqramda tam fərqli canlı ifalar eşidəcək, orkestrın müşayiəti ilə əsl sənət ziyafətinə qonaq olacaqsınız. Səhnə obrazları ilə həm gözünüzü, həm də könlünüzü oxşamaq istəyirəm",- deyə Elza Seyidcahan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə