Gənc Tamaşaçılar Teatrının kiçik zalında "Şəhidlər ölməz! Vətən bölünməz!" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr olunub.
Dövlət himninin səsləndirilməsindən sonra 20 Yanvar hadisələrini əks etdirən qısametrajlı film nümayiş etdirilib. Daha sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, xalq artisti Cənnət Səlimova və Dünya Azərbaycanlıları Konqresinin fəxri Prezidenti, şair Qulam Rza Səbri Təbrizi, Dünya Azərbaycalıları Konqresinin Həmsədri Paşa Qəlbinur iştitak edib.
Qonaqlar öz çıxışlarında xalqımızın tarixinə qanla yazılan 20 yanvar günündə canlarından keçən Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırıblar. Çıxış edənlər şəhidlərin əziz xatirəsinə ehtiram və onların ailələrinə qayğının ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Tədbirdə Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədən sonra teatrın böyük səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşası göstərilib. İlk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor asissenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir.
Tədbiri teatrın redaktoru və "Bura Vətəndir" məclisinin sədri Səriyyə İsmayılova idarə edib.
Məlumat üçün bildirək ki, tədbir Dünya Azərbaycanlıları Konqresinin və "Bura Vətəndir" məclisinin birgə layihəsi əsasında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB