Ümumdünya İrs Komitəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib - TƏDBİR
Bu gün UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Nazir deyib ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir. Əbülfəs Qarayev Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Həmçinin 42-ci sessiyada Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Tədbirdə UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Roslerin iştirakı ilə Əməliyyat Komitəsinin təqdimatı olub.
Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB