“Nəsimi: dil araşdırmaları” işçi qrupu yaradılıb

“Nəsimi: dil araşdırmaları” işçi qrupu yaradılıb

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda “Nəsimi: dil araşdırmaları” işçi qrupu təsdiqlənib.

Qeyd edək ki, Professor Sevil Mehdiyeva işçi qrupuna rəhbər, Nəsimi yaradıcılığının tədqiqatçıları - Qüdsiyyə Qəmbərova, Türkan Əskərova və Elçin Məmmədov isə üzv seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə