"Hər hansı bir problemimiz olanda diqqətdən kənarda qalmırıq" - ÖZƏL- RƏY

"Hər hansı bir problemimiz olanda diqqətdən kənarda qalmırıq" - ÖZƏL- RƏY

"Dövlətimizin başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşü, qaldırılan məsələlər, irəli sürülən təkliflər çox önəmlidir. Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir. Hər hansı bir problemimiz olanda bu məsələ diqqətdən kənarda qalmır". Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti Səkinə İsmayılova deyib.

O, əlavə edib ki, bizim problemlərimiz Prezidentimiz tərəfindən daim nəzarətə götürülür və həll edilir. Bu, bizi həm sevindirir, həm də ruhlandırır. Biz bu qayğını gördükdən sonra sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.

Bütün xəbərlər Facebook səhifəmizdə