"Bizim ailəmizin həyatında böyük rol oynamısınız" - MÜNASİBƏT

"Bizim ailəmizin həyatında böyük rol oynamısınız" - MÜNASİBƏT

Xalq artisti Xuraman Qasımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşdə işltirak edib. SİA-nın məlumatına görə, Xuraman Qasımova Prezident və Birinci xanıma görüş üçün təşəkkürünü bildirib.

Xalq artisti Prezidentə xitabən bildirib ki, başda Ulu Öndərimiz olmaqla Siz bizim ailəmizin həyatında böyük rol oynamısınız: "Biz bunu heç zaman unutmuruq. Bu gün susmaq olmazdı. Bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz ya yox. Çünki özünüz demisiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda çalışmırıq, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik. Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var. Dinlədiyinizə görə çox sağ olun".

Bütün xəbərlər Facebook səhifəmizdə