“Kino klub” öz sevimli tamaşaçılarının dünya və milli kino inciləri ilə tanışlığını davam etdirir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan klubda növbəti görüş keçirilib.
Gecənin moderatoru Almaz Sultanzadə tamaşaçılara Azərbaycan kinosuna aid qısametrajlı bədii filmləri təqdim edib. O, 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi “Biri var idi, biri yox” və 2015-ci il “4.1 Şəhər motivləri” almanaxına daxil olan rejissor Cəfər Axundzadənin “Dmitrov küçəsi, 86” qısametrajlı bədii filmi barədə maraqlı məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB