Bu gün Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində gənc musiqiçilərin konserti, fevralın 2-də Sumqayıt Dövlət Dram Teatrında “ASAN Könüllüləri”nin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası təqdim olunacaq. SİA-nın məlumatına görə, Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Prezident təqaüdçülərinin konserti, Quba regional “ASAN Həyat” kompleksində gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi olacaq, gənclərin fotosərgisi açılacaq.
Fevralın 4-də Masallı və İmişli regional “ASAN Həyat” komplekslərində də film və tamaşa nümayişi, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc yazarlarla görüş, eləcə də fevralın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında “ASAN Könüllüləri”nin təqdimatında C.Cabbarlının “Vəfalı Səriyyə” tamaşasının premyerası nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB