Hər il 2 fevral - Gənclər Günü münasibətilə ölkəmizdə çoxsaylı mədəni tədbirlər, incəsənət layihələri həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Gəncliyin səsi” festivalı da artıq ənənə halını alıb.
Layihə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi məqsədi daşıyır. 2016-cı ildən etibarən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) ilə birlikdə keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil olunan növbəti festival fevralın 1-dən 5-dək davam edəcək.
“Gəncliyin səsi” festivalının açılış mərasimi bu gün Beynəlxalq Muğam Mərkəzində reallaşacaq. Mərasimdə istedadlı gənclərə mükafatlar da təqdim olunacaq.
Festivalın tədbirləri “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçiriləcək.
Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB