Azərbaycan muğamı Parisdə alqışlarla qarşılandı

Azərbaycan muğamı Parisdə alqışlarla qarşılandı

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və Parisin "Theatre de la Ville" teatrının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan muğam triosunun konserti olub. SİA-nın xəbərinə görə, Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutmuş muğamımız fransız musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, muğam ifaçılarımız Paris "Theatre de la Ville" teatrının musiqi məsləhətçisi Südabə Kianın dəvəti ilə əvvəllər Fransada keçirilən musiqi festivallarında iştirak ediblər. O, Azərbaycan muğam ifaçılarını teatrın proqramına daxil edərək, muğam ustalarımızın konsertlərini təşkil edir.

Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərin yaddaşına əbədi həkk olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə