“21-ci əsr. Renesans” adlı konsert keçiriləcək

“21-ci əsr. Renesans” adlı konsert keçiriləcək
Dekabrın 28-də R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində "21-ci əsr. Renesans" adlı konsert proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Konsert proqramında Samuil Barber, Alfred Şnitk, Arvo Pyert və Türkər Qasımzadənin əsərləri təqdim olunacaq. Layihədə iki musiqili ansambl – "Ad Libitum" və "Contempo" çıxış edəcək.

"Ad Libitum" musiqi ansamblı heyətinin tərkibinə Cavad Tağızadə (birinci skripka, dirijor), Mustafa Mehmandarov (ikinci skripka), Jalə Əlieva (violonçel), Fəridə Nelson (kontrabas) kimi musiqiçilərin adları daxildir.

"Contempo" ansablına isə Elman Mustafayev (fleyta), Nizami Zeynalov (klarnet), İlqar Hacıyev (faqot), Elşən Məmmədov (qaboy), Samir Əsədov (skripka) daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə